Dünən qeydə alınan 53 cinayətin üstü açılıb

Xəbərlər

15.11.2022 - 13:44

cedabet dərman SEO Xidməti

Borclu şəxs qismində axtarılan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarılan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş