Dünən Azərbaycanda 90 nəfər saxlanılıb

Xəbərlər

04.04.2022 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Ötən iki gün ərzində törədilmiş 102 cinayətin üstü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 2-də və 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 102 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 50 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş