Dünən 40 cinayətin açılması təmin olunub

Xəbərlər

19.03.2024 - 12:44

Borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Martın 18-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 99, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ayna.az