Dünən 1 avtomat və 5 tüfəng təhvil götürülüb

Xəbərlər

20.06.2024 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iyunun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 2 ədəd patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davam edir.

Müəllif: Ayna.az