DSMF-nin gələn il büdcəsi haqqında qanun layihəsi təsdiqlənib

İqtisadiyyat

14.11.2023 - 19:48

Milli Məclisdə Fondun 2024-cü il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

AYNA xəbər verir ki, sənəd Milli Məclisin 2024-cü il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi ilə bağlı noyabrın 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat müəyyənləşdirilir. Beləliklə, gələn il üçün fondun büdcəsinin gəlirləri 6 919 860 000,0 manat, xərcləri 6 919 860 000,0 manat məbləğində təsdiq edilir.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Müəllif: Ayna.az