Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşır

İqtisadiyyat

17.02.2021 - 11:02

Dünya birjalarında neft qiymətləri bahalaşıb

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar artaraq 63,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 60,13 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar ucuzlaşaraq 63,68 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az