Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

10.04.2020 - 11:11

Neftin qiymətində bahalaşma müşahidə olunub

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,04 ABŞ dolları, yaxud 8,77% artıb.

 

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 25,31 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az