Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edib

Xəbərlər

01.07.2024 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

İmtahana qeydiyyat iyulun 17-dək davam edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edib. DİM-dən AYNA-ya bildirilib ki, imtahana qeydiyyat iyulun 17-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Növbəti TKT imtahanı avqustun 31-də keçiriləcək.

Qeydiyyat üçün linkə daxil olmaq lazımdır.

Əlavə məlumat üçün [email protected] elektron poçtuna yazmaq olar.

Müəllif: Ayna.az

Marqara

Dünən, 22:18 Xəbərlər