Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb

Dünya

12.01.2025 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

Ağır qəza nəticəsində 26 nəfər yaralanıb

Ukraynanın işğal altındakı Donetsk vilayətində avtobusun qəzaya uğraması nəticəsində üç nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Rusiyanın “Interfax” agentliyi məlumat yayıb.

“Donetsk Xalq Respublikasında avtobus qəzası nəticəsində üç nəfər həlak olub, 26 nəfər yaralanıb”, – agentlik qeyd edib.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayətinin böyük hissəsi 2014-cü ildən rusiyapərəst separatçıların nəzarətində olub. 2022-ci ildə isə Rusiya regionu ilhaq edib. Beynəlxalq ictimaiyyət seçkilərin nəticələrini tanımayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş