Dneprə raket zərbəsi: 4 nəfər həlak olub

Dünya

29.09.2022 - 19:24

Hadisə yerindən ikisi uşaq olmaqla, 4 nəfərin cəsədi tapılıb

Bu gün Dneprə raket hücumu nəticəsində ikisi uşaq olmaqla, dörd nəfər həlak olub. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə vilayət adminstrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat verib.

"Dneprdə raket hücumu baş verən yerdə xilasedicilər daha bir uşağın cəsədinin parçaları tapıblar. Düşmənin hücumu 4 nəfərin həyatına son qoyub. Ruslar iki böyük və iki uşağı. Ölən oğlan uşağının 8, qızın isə 9 yaşı var”, - Rezniçenko "Telegram"da bildirib.

Qeyd edək ki, Rusiya qoşunları Dnepr çayına güclü raket hücumu həyata keçiriblər. Nəticədə Dnepr şəhərində 60 fərdi yaşayış evi, bir neçə hündürmərtəbəli bina, bazar, avtobuslar, minik avtomobilləri və elektrik xətləri sıradan çıxıb.

Müəllif: Ayna.az