Bir neçə nəfər yaralanıb, şəhərlərdə binaların dağılması halları qeydə alınıb
Bu gün gecə saatlarında Rusiya ordusu tərəfindən Ukraynanın Dnepr və Nikopol şəhərləri atəşə tutulub. AYNA UNİAN-a istinadən xəbər verir ki, nəticədə bir neçə nəfər yaralanıb, şəhərlərdə binaların dağılması halları qeydə alınıb.
Dnepropetrovsk hərbi adminstrasiyasının rəhbəri Valentin Rezniçenko deyib ki, ruslar Dneprin mərkəzinə raket atıblar: “Onlar Dneprin yaşayış məntəqəsini vurublar. 72 yaşlı kişi yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib".
Onun sözlərinə görə, şəhərdə inzibati binalar, mağazalar, bazar, anbarlar, yaşayış binaları dağılıb.
"Nikopol gecə ərzində 3 dəfə atəşə tutulub. Oraya Rusiya qradlarından 35-dən çox mərmi və ağır artilleriya atılıb. Üç nəfər yaralanıb - iki kişi və bir qadın. Kişilər xəstəxanadadırlar. Vəziyyətləri orta-ağırdır", Rezniçenko qeyd edib.