“Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır”
Paytaxtın Suraxanı rayonundakı 282 saylı orta məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar aparılır.
AYNA xəbər verir ki, bu barədə həmin məktəbdə bıçaqlanma hadisəsinin baş verməsinə dair sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayon polis idarəsinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədirlər. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək.