“Abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi dələduzluqdur”
“Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur”. AYNA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Xanlarov qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb: "Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil".