Litvalı deputat qəzəbləndi: “Svetlananın hər xərcini ödəyirik, amma…”

Dünya

18.11.2021 - 09:54

Həkimlər Klinikalar SEO Xidməti

“Ölkəsindən qaçqın düşən müxalifətçinin saxlanması Litvaya ildə 400 min avroya başa gəlir”

“Litva Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskayanı qəbul etdi, saxladı, lakin o, hətta elementar şəkildə “sağ ol” deyə bilmədi”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Litva Seyminin deputatı Remiqiyus Jemaytaytis “Facebook” hesabında yazıb.

Deputat Belarus müxalifətinin liderinə Litva tərəfindən çəkilən xərclərdən qəzəblənib.

Jemaytaytisin sözlərinə görə, ölkəsindən qaçqın düşən müxalifətçinin saxlanması Litvaya ildə 400 min avroya başa gəlir.

“Yaşayış icazəsi almaq istəyən digər mühacirlər heç olmasa Litva dilini öyrənirlər. Amma bunu Tixanovskaya haqqında demək olmaz. Svetlana bir ildir Litvada yaşayır, pulumuzla dolanır, hər xərcini ödəyirik. Amma bu xanım bir dəfə deyə bilmir ki, “Axşamınız xeyir, Litva! Etdiyiniz işlərə görə minnətdaram”. Mənim xalqım, bu vəziyyət bütün ölkə üçün ayıbdır”, - deyə vurğulayıb.

Deputat sonda iztehza edib: “Konstitusiyaya dəyişiklik etməyi və Tixanovskayanın Litva prezidentliyinə namizədliyini irəli sürməyi təklif edirəm”.

Qeyd edək ki, 2020-ci il Belarusda keçirilən president seçkilərində müxalifətin namizədi olan S.Tixanovskaya seçkilərdən sonra həyatına təhlükə olduğunu iddia edərək, ölkəsindən gedib. Belarus müxalifət lideri Litvadan sığınacaq alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş