Dənizdə batan iki bacıdan digərinin də meyiti tapılıb

Xəbərlər

21.07.2022 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Aysu Abdullayevanın cəsədi batdığı yerdən 11 kilometr aralıda tapılıb

İki gün əvvəl dənizdə batan qızın cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

Qeyd edək ki, bacılardan birinin meyiti əvvəl tapılaraq sudan çıxarılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş