Türkiyədə millət vəkili dünyasını dəyişib
Türkiyənin Antalyadakı millət vəkili Dəniz Baykal vəfat edib. AYNA Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə CHP Genel Başkanı Kılıçdaroğlu açıqlama verib
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olmuş Dəniz Baykal 20 iyul 1938-ci ildə Antalyada doğulub. 1995–1996-cı illərdə Türkiyə Baş Nazirinin köməkçisi vəzifəsində çalışıb.