Dekabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb

Xəbərlər

30.11.2021 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi rayonlarda intensiv yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var

Azərbaycanda dekabrın 1-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dekabrın 1-də dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-20 dərəcə, Bakıda gecə 9-11 dərəcə, gündüz 18-20 dərəcə olacaq.

Atmosfer təzyiqi 749 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş