Dekabr üzrə pensiyaların ödənişi başa çatdırılıb

Cəmiyyət

15.12.2021 - 20:49

Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə bütün pensiyaların, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyaların ödənişi başa çatdırılıb.

Bu barədə AYNA Nazirliyə istinadən xəbər verir.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş