Dəhşətli cinayətlərlə lovğalanmaq: Kreml görünməmiş amansızlıq nümayiş etdirir

Dünya

30.11.2022 - 10:18

Bu, bütün dünyaya çağırışdır və heç kim düşünməsin ki, belə fəlakətlər onun da başına gəlməyəcək

Ukraynanın enerji infrastrukturuna raket hücumlarının son dalğasından sonra toplanan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında videobağlantı vasitəsilə danışan Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı insanlığa qarşı cinayətlərdə ittiham edib. Deyib ki, Rusiya dünyaya terror, sabitliyi pozmaq və dezinformasiyadan başqa heç nə təklif etmir. Və o, tamamilə haqlıdır.

Mən daha çox deyəcəyəm - Rusiya öz mahiyyətini gizlətmir, lovğalanır. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiya Federasiyasının eks-prezidenti Dmitri Medvedyev iddia edir ki, “düşmənlərin” gözləntilərinə baxmayaraq, Rusiya silahlarının ehtiyatları “hamıya çatar”. O, bu fikri “Region” dövlət elmi-istehsalat müəssisəsində olduqdan sonra səsləndirib.

“Düşmənlər atışlarımızı və təchizatımızı diqqətlə “hesablamağa” davam edir. Əbəs yerə imkanlarımızın tükənəcəyinə ümid bəsləyirlər. Ardı var. Hamıya bəs edər!”, – deyə Medvedyev öz “Telegram” kanalında yazıb.

Bu dəhşətli cinayətlərin heyrətamiz nümayişidir!

Lakin problem Medvedyevin Rusiya Federasiyasında yeganə belə şəxs olmamasındadır. Məsələn, rus təbliğatçısı Vladimir Solovyov ehtiraslarını qamçılamaqda davam edir, sözün əsl mənasında, qazandığı qanlı çörəyi çıxarır. O, verilişinin efirində Rusiyanı “terrorçu ölkə” kimi tanıyan ölkələrə nüvə silahı ilə zərbə endirməyi təklif edib. Bəli, siz hər şeyi düzgün oxudunuz - Solovyov təkcə Ukrayna ilə məhdudlaşmamağa çağırır.

“Bəs siz nüvə silahı ilə məşğul olmaq istəmirsiniz? Məntiq sadədir - əgər bizim mütləq qələbəni təmin edəcək silahımız varsa, ondan istifadə etməmək qəribədir. O zaman niyə düzəltdik? Əgər biz hələ də həyatımızın dəyərinin heç bir məna daşımadığına və ən əsası, gözəl Qərb dünyasının mövcudluğuna və Rusiyanın məhv edilə biləcəyinə inanırıqsa, o zaman müasir silahların bütün inkişaflarını yarıda kəsək”, - deyə Solovyev “Rossiya1”-in efirində bildirib.

Daha da irəli gedirik. “Vaqner” özəl hərbi təşkilatının təsisçisi Yevgeni Priqojin Avropa Parlamentinə mesaj göndərib. Bu, skripka qutusunda qan izləri olan bir kuvaltdır (gürz). “Avropa Parlamentinin hansı qanunu rəhbər tutduğunu bilmirəm, amma bizim qanunvericiliyimizə əsasən, bu gündən etibarən Avropa Parlamentinin buraxıldığını elan edirik”, – deyə jurnalistlər Priqojindən sitat gətirirlər.

Kuvalt "Vaqner" və "vaqnerçilər" tərəfindən təşkil edilən "xainlərin" məhkəməsiz edamları ilə əlaqələndirilir.

Xatırladaq ki, noyabrda “Vaqner” ilə əlaqəli “Telegram” kanalı Ukraynaya qaçmış keçmiş döyüşçünün edam videosunu dərc etmişdi. Videoda həmin şəxs sentyabrda Ukrayna tərəfinə keçdiyini, noyabrda isə qaçırıldığını deyir. Bundan sonra onun başını kuvaltla dağıdırlar. Priqojin qətlin görüntülərini “əla rejissor işi” adlandırıb.

Bu da təkcə tanınmaq deyil, həm də dəhşətli cinayətlər törətməyə hazır olduğunu nümayiş etdirmək idi. 2017-ci ildə Suriyada bir “vaqnerçinin” oxşar şəkildə öldürüldüyünü və lovğalanmaq üçün prosesi videokamerada qeyd etmələrini xatırlamaq yerinə düşər. Bu, praktik olaraq onların imza tərzidir. Dünyaya terrordan, sabitliyi pozmaqdan, dezinformasiyadan başqa heç nə təklif etməyən bir ölkənin təmsilçilərinin üslubu.

Rusiya ən ağır hərbi cinayətlər, dinc Ukrayna əhalisinə qarşı soyqırımı yolunu seçib. Kreml səmimi şəkildə inanır ki, bu cür şantaj, mənəvi xətlərin olmamasını belə nümayiş etdirmək Ukraynanı təslim olmağa məcbur edəcək.

“Kiyevin hər şeyi həll etmək və Moskvanın tələblərini yerinə yetirmək, bununla da ukraynalıların iztirablarına son qoymaq imkanı var”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qarşımızda şantaj var. Qarşımızda minlərlə dinc ukraynalının qətlinə, Krımın ilhaqına və Ukrayna ərazisinin nəhəng hissəsinin işğalına göz yummaq, soyuqqanlı kinsizliyi ilə sarsıdıcı çağırış var.

Bu, bütün dünyaya çağırışdır. Qoy heç kim düşünməsin ki, Rusiya heç vaxt onun vətəninə münasibətdə eyni şeyi etməyəcək. Bütün dünya mümkün və qeyri-mümkün “qırmızı xətləri” çoxdan keçmiş, öldürmək, ələ keçirmək, qəm-qüssə səpmək haqqına pərəstiş edənlərə qarşı mübarizə aparan Ukraynanın ətrafında toplaşmasa, belə də olacaq.

Müəllif: Əkbər Həsənov