Hər iki silah müvafiq ekspertizaya təqdim olunub
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Əmirvar kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və bu zaman ağ torbaya bükülü silah-sursat aşkarlanıb. İlkin baxış zamanı silah-sursatın bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin avtomata aid sandıq və bir ədəd patron olması müəyyən edilib.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alaxançallı kənd sakinindən bir ədəd müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Hər iki silah müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.