BA.1 variantından sağalmış şəxslərin BA.2 variantına yoluxma ehtimalı var
Danimarkada koronavirusun "Omicron" ştammının yeni altvariantı - BA.2 üstünlük təşkil edir. AYNA xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. Məlumata görə, bu ilin ikinci həftəsində BA.2 yeni yoluxmaların 45%-ni təşkil edib. Bildirilib ki, oxşar hallar Norveç və Böyük Britaniyada da müşahidə olunur.
Danimarka Dövlət Səhiyyə İnstitutu hesab edir ki, mövcud vaksinlər hələ də xəstəliyin ağır gedişatlarından qoruya bilər. İnstitutun tədqiqatçısı Anders Fomsgaard BA.1 variantından sağalmış şəxslərin BA.2 variantına qarşı immunitetinin zəif olacağını və yenidən xəstələnmək ehtimalınn olduğunu qeyd edib.