Danimarka Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı Trampla danışıqlara hazırdır

Dünya

13.01.2025 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

“Biz razıyıq ki, amerikalıların Arktikada təhlükəsizliklə bağlı qanuni narahatlıqları var”

Danimarka ABŞ-ın Arktika regionunda təhlükəsizlik maraqlarını tanıyır və bu mövzunu yeni Pezident Donald Trampın yeni administrasiyası ilə müzakirə etməyə hazırdır. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lokke Rasmussen deyib.

“Biz razıyıq ki, amerikalıların Arktikada təhlükəsizliklə bağlı qanuni narahatlıqları var. Biz amerikalıların narahatlığını başa düşürük və buna görə də Qrenlandiyanın iştirakı ilə ABŞ-ın regionda qanuni maraqlarını təmin etmək üçün yeni Amerika administrasiyası ilə danışıqlara başlamağa hazırıq”, - diplomat qeyd edib.

Yanvarın 11-də “Axios” portalı Danimarka hakimiyyətinin Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsi və ya Vaşinqtonun adada hərbi mövcudluğunun artırılmasını müzakirə etməyə hazır olduqları barədə mesajla Birləşmiş Ştatlarla əlaqə saxladığını yazıb.

Tramp dəfələrlə Danimarkadan Qrenlandiyanı ilhaq planlarını bəyan edib. Onun sözlərinə görə, ada üzərində nəzarət bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün lazımdır. Lakin Krallığın Baş naziri Mette Frederiksen siyasətçinin bu fikrini rədd edərək, adanın satılmadığını bildirib.

Müəllif: Ayna.az