Daha bir koronavirus dərmanı təsdiq edilib

Dünya

20.11.2021 - 09:35

Həkimlər Klinikalar SEO Xidməti

Preparatdan əlavə oksigenə ehtiyacı olmayan gənc xəstələr istifadə edə bilər

Avropa Dərman Agentliyi (EMA) Covid-19-un müalicəsi üçün daha bir dərman preparatını təsdiq edib.

AYNA-nın agentliyin saytına istinadla xəbərinə görə, “Merck” şirkətinin koronavirus əleyhinə həbləri təcili istifadə üçün tövsiyə olunub.

Qərarda göstərilir ki, preparatdan əlavə oksigenə ehtiyacı olmayan gənc xəstələr istifadə edə bilər. Dərman vasitəsi gündə 2 həb olmaqla 5 gün qəbul edilməlidir.

Dərmanın apteklər vasitəsi ilə kütləvi satışına hələlik icazə verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş