Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verilib

Xəbərlər

23.11.2021 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Meyitin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq

Qarabağdakı döyüşlər zamanı məhv edilən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

AYNA xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Meyit Füzuli rayonunda aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

 

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 698-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş