Daha 9 nəfərdə COVID-19 aşkarlanıb

Cəmiyyət

25.05.2023 - 18:57

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 789 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 431 nəfər müalicə olunaraq sağalıb, 10 273 nəfər vəfat edib, aktiv xəstə sayı 85 nəfərdir.

Ölkədə son sutka ərzində 1 148, hazırkı dövrədək isə 7 616 076 test aparılıb.

Müəllif: Ayna.az