Daha 3 nəfər koronavirusdan ölüb

Cəmiyyət

06.04.2023 - 20:44

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 472 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, aktiv xəstə sayı 467 nəfərdir.

Ölkədə son sutka ərzində 1 266, hazırkı dövrədək isə 7 567 697 test aparılıb.

Müəllif: Ayna.az