Sabaha olan hava proqnozu açıqlandı

Cəmiyyət

10.11.2019 - 13:44

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14° isti, gündüz  18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz  19-21°  isti təşkil edəcək. 

 

Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.  

 

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 6-11° isti, gündüz  18-23° isti, dağlarda gecə 3-8° isti,  gündüz  13-18° isti təşkil edəcək.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə