“Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı gürcü dilində

Xəbərlər

12.12.2022 - 22:52

cedabet dərman SEO Xidməti

Cəbrayıl Azadəliyevin müəllifi olduğu kitab çap olunub

Tbilisinin “Universal” nəşriyyatında “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” monoqrafiyası gürcü dilində çap olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, BDU-nun “Faydalı qazıntılar” kafedrasının professoru olmuş geologiya-mineralogiya elmləri doktoru Cəbrayıl Azadəliyevin müəllifi olduğu kitabda mürəkkəb geoloji quruluşu və zəngin yeraltı sərvətləri olan Dağlıq Qarabağın geoloji-tektonik mövqeyi, struktur-formasion zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.

Monoqrafiyada Kiçik Qafqaz regionunun Azərbaycan Respublikası hissəsində (Naxçıvan Respublikası istisna olmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı, faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar öz əksini tapıb. Kitab nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi əsərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş