Cüdoçumuz Avropa kubokunun qalibi olub

İdman

21.05.2023 - 23:34

Həkimlər Klinikalar SEO Xidməti

İmamverdiyev Koen Van Vindendən güclü olduğunu sübut edib

İstoçno-Sarayevoda (Bosniya və Herseqovina) cüdo üzrə açıq Avropa Kuboku başa çatmaq üzrədir.

AYNA xəbər verir ki, ikinci yarış günündə Azərbaycan idmançısı Məhərrəm İmamverdiyev (81 kq) finala gedən yolda Mateuş Saliş (Polşa), Ari Vinkler (İsrail), Mo Van Dum (Niderland) və Botond Totu (Macarıstan) məğlub edib.

Həlledici görüşdə M.İmamverdiyev Niderland idmançısı Koen Van Vindendən güclü olduğunu sübut edərək turnirin qalibi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş