Son sutkada 174 nəfər koronavirusa qarşı peyvənd olunub
Martın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 174 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, gün ərzində birinci doza üzrə vurulan peyvəndlərin sayı 51, ikinci doza peyvəndlərin sayı 27, üç və daha çox doza peyvəndlərin sayı 79, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 17-dir.
Azərbaycanda bu günə qədər vurulan peyvəndlərin ümumi sayı 13 milyon 950 min 224, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 555, ikinci mərhələ üzrə 4 milyon 879 min 260, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 706, pozitiv nəticədən sonra “buster” doza peyvəndlərin sayı 265 min 703-dür.