COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

20.01.2023 - 17:37

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 474 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 474 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra “buster” doza vaksin olunanların sayı isə 30-dur.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 939 457, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 581, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 980, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 062 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş