COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

18.10.2022 - 17:48

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 676 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 676 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 290, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 903 469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 027, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 519 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş