COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

21.01.2022 - 17:46

Bir gündə 7 minə yaxın şəxs "buster" doza üzrə vaksinasiyadan keçib 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

Müəllif: Ayna.az