Azərbaycanda son sutkada 54 nəfər peyvənd olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 967 914, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 770, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 163, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 645, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 336 təşkil edir.