Azərbaycanda son sutkada 228 nəfər peyvənd olunub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 228 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 138, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 6 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 960 874, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 697, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 243, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 779, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 266 155 təşkil edir.