Azərbaycanda son sutkada 204 nəfər peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 204 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 27, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 6 nəfərdir.