COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

03.03.2023 - 17:32

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 248 nəfər peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 113, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 15 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 949 821, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 441, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 520, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 668 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş