COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

29.01.2023 - 17:58

Azərbaycanda son sutkada 248 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 248 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 87, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 29 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 942 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 168, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 910, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 820, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 265 233 təşkil edir.

Müəllif: Ayna.az