Azərbaycanda son sutkada 365 nəfər peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 930 256, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 777, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 553 nəfər təşkil edir.