Azərbaycanda son sutkada koronavirusa qarşı 297 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 146, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 30 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.