Son sutkada koronavirusa qarşı əleyhinə 424 peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 424 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 190, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 35 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 915 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 163, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 443, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 791, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 263 411 təşkil edir.