COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

17.05.2022 - 22:17

Son sutkada koronavirus əleyhinə 3 530 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 691 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 534, üç və daha çox doza vaksin vurduranların sayı 3 259 032, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 243 406 təşkil edir.

Müəllif: Ayna.az