COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

30.03.2022 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

"Buster" doza üzrə vaksinasiya olunanların sayı 228 minə yaxınlaşır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 678 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 965, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 874, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 104, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 735 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 441 710, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 323 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 823 150, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 067 193, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 227 975 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş