Bir gündə 25 minə yaxın şəxsə “buster” doza peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 736 905, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.