COVID-19-a qarşı peyvəndlənənlərin sayı açıqlanıb

Xəbərlər

16.11.2022 - 17:23

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 530 nəfərə peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 530 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 133, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 192, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 916 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 713, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 178, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 485 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş