Çində hava rekordu: temperatur 52 dərəcəni keçib

Dünya

17.07.2023 - 14:31

cedabet dərman SEO Xidməti

San Bao kəndində havanın temperaturu 52,2 dərəcəyə yüksəlib

Bazar günü, iyulun 16-da Çinin San Bao kəndində havanın temperaturu 52 dərəcəni keçib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

San Bao kəndində termometr 52,2 dərəcəni göstərib. Bu, Çin tarixində rekord göstərici sayılır.

Yüksək temperaturun ən azı daha beş gün davam edəcəyi proqnozlaşdırılır. Ölkədə əvvəlki rekord 2015-ci ildə Aydınkel gölü yaxınlığında qeydə alınıb. O zaman temperatur 50,3 dərəcəyə çatıb.

İyulun əvvəlində Çinin bütün regionlarını bürüyən isti dalğası səbəbindən yerli hakimiyyət orqanları vətəndaşlardan və müəssisələrdən elektrik enerjisindən daha az istifadəni xahiş edib. Ölkənin şimalındakı Hebey əyalətinin bəzi ərazilərində 40-43 dərəcə, Pekində 40 dərəcə isti gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş