Çində güclü daşqınlar 10 nəfərin ölümünə səbəb olub

Dünya

05.08.2023 - 17:53

cedabet dərman SEO Xidməti

Təbii fəlakətə görə 627 min nəfər təxliyə olunub

Çinin Baodin şəhərində “Doksuri” qasırğasının törətdiyi daşqınlar nəticəsində 10 nəfər ölüb.

Bu barədə AYNA-ya TASS-a istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, dəyən ziyan 2,37 milyard dollar həcmində qiymətləndirilir.

Şəhər administrasiyasının məlumatına görə, 18 nəfər itkin düşüb, 627 min nəfər təxliyə olunub.

İlkin hesablamalara görə, leysan yağışları 16 min hektardan çox sahədə əkin sahələrini məhv edib. Daşqın 4,4 mindən çox binanın dağılmasına səbəb olub, daha 7,2 min evə ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş