Çində daşqınlar səbəbindən 2 mindən çox insan təxliyə edilib

Dünya

23.07.2023 - 03:17

cedabet dərman SEO Xidməti

Çinin şimal-şərqindəki Liaonin əyalətində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 2 400-ə yaxın insan təxliyə edilib.

AYNA xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, əyalətin bəzi ərazilərində rekord miqdarda yağıntı düşüb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar ayrı-ayrı ərazi vahidlərinin səlahiyyətli orqanları tərəfindən təhlükənin yüksək (qırmızı) və artan (narıncı) səviyyəsi elan edilib. Daşqın təhlükəsi ilə əlaqədar 116 mədənin işi dayandırılıb.

Meteoroloqların proqnozlarına görə, yaxın saatlarda Liaoninqin bir sıra şəhərlərində güclü yağışlar yağacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş