“Pekin heç vaxt Ukrayna münaqişəsinin heç bir tərəfinə silah ötürməyib”
“Çinin Rusiyaya silah tədarük etdiyi barədə məlumatlar həqiqətə uyğun deyil”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Onun sözlərinə görə, “Pekin heç vaxt Ukrayna münaqişəsinin heç bir tərəfinə” silah ötürməyib: “Üstəlik, ölkə hakimiyyəti hər zaman ikili təyinatlı malların başqa ölkələrə satışına ciddi nəzarət edib”.
"Çin əsassız ittihamlara və siyasi manipulyasiyalara qəti şəkildə qarşıdır", - diplomat əlavə edib.