Çin NATO-nu nüvə şantajını dayandırmağa çağırıb

Dünya

27.06.2024 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

“NATO faktlara məhəl qoymur və mövcud olmayan Çin nüvə təhlükəsini şişirdir”

“NATO yalan məlumat yaymağı dayandırmalı, nüvə şantajı və təhdidlərinə son qoymalıdır”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.

“NATO faktlara məhəl qoymur və mövcud olmayan Çin nüvə təhlükəsini şişirdir. Çin buna qəti şəkildə qarşı çıxır”, - deyə bildirib.

Eyni zamanda, Çinin hərbi nümayəndəsi qeyd edib ki, Şimali Atlantika Alyansı kollektiv təhlükəsizlik siyasətində və onun modernləşdirilməsində nüvə silahının rolunu daim artırır.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra Alyansın nüvə silahı yaratmaq planının olmadığını bildirmişdi. O əlavə edib ki, Şimali Atlantika Alyansı bir müddətdir ki, nüvə silahlarını modernləşdirir və bu prosesdə şəffaflığı təmin edir.

Müəllif: Ayna.az